330x110
 

Azərbaycanda sığortaçılar ilin əvvəlindən 568 milyon manat toplayıblar

29.10.2018,13:00


29 oktyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 568.5 mln. manat məbləğində sığorta haqları toplanıb, 186.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir ki, könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.

“Məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

Azərbaycanda 21 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

 

 

Açar sözlər: haqlar ödənişlər MBNP