Çin ölkədə ilk 3D çaplı turboventilyator mühərrikini sınaqdan keçirib

15:15 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Çində tamamilə 3D printerdə çap edilmiş ilk turboventilyator mühərrikinin yerüstü sınaqları başa çatdırılıb.

ABC.AZ xəbər verir ki, konstruksiya bir neçə moduladək sadələşdirilib: əsas detalların sayı 40%-dən çox azaldılıb, mühərrikin çəkisi isə 25% endirilib.

Bununla yanaşı, etibarlılıq və səmərəlilik artırılıb.

Mühərrikin pilotsuz uçuş aparatlarında, həmçinin kiçik və orta ölçülü mülki təyyarələrdə istifadəsi planlaşdırılır.

Qeyd olunur ki, bundan əvvəl Çində 3D printerdə çap edilmiş turboreaktiv mühərrikin uçuş sınaqları da həyata keçirilmişdir.