17:11 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. 22 dekabr 2025-ci il – 19 yanvar 2026-cı il tarixlərində ölkənin bir sıra şəhər və rayonlarında torpaq sahələrinin satışı və icarəsi üzrə müsabiqə və hərraclar təşkil olunacaq.
ABC.AZ xəbər verir ki, müsabiqə və hərraclara Siyəzən, Lənkəran, Göyçay, Bərdə, Goranboy, Qazax, Cəlilabad, Yardımlı, Biləsuvar, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının bələdiyyələri tərəfindən müxtəlif təyinatlı torpaq sahələri çıxarılıb.
Torpaqlar fərdi yaşayış evi tikintisi, sahibkarlıq fəaliyyəti, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədləri üçün nəzərdə tutulur.
Satışa çıxarılan torpaq sahələrinin ölçüsü 29 kv.metrdən 1200 kv.metrədək dəyişir. İcarəyə verilən torpaqların sahəsi isə 1,2 hektardan 70,56 hektaradəkdir. İcarə müddətləri əsasən 15 və 20 il təşkil edir.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026