Dünyada və Azərbaycanda bu il bağlanan otellər - Siyahı - Özəl xəbər

14:33 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- Bitməkdə olan 2025-ci ildə bir sıra mehmanxana və turizm obyektlərinin bağlanmasına da şahidlik etdik.

ABC.AZ-ın araşdırmasına görə, bu il ABŞ-da otellər zinciri olan "Sonder hotel" ani şəkildə bağlandığını elan edib.

Bağlanmış otellərdən biri də "The Westin Paris" mehmanxanasıdır.

Belə ki, məşhur Paris oteli 27 aprel 2025-də daimi olaraq bağlanmış, amma, 2028-də yenidən açılması planlaşdırılır.

Fəaliytəti dayanmış "Jamaica Hyatt Resorts" - 2025-ci ildə  mliyyə səbəbindən bağlanıb.

Səudiyyə Ərəbistanının "Makkada otel" qrupu 2025-ci ildə təhlükəsizlik və sanitariya standartlarına əməl etmədiyi üçün fəaliyyətini dayandırıb. Qeyd edək ki, qrupa 25-dən çox otel daxil idi. Bu il Azərbaycanda da bir otel bağlanıb.

Bu, Bakıdakı “Continental” hoteldir. Binəqədi rayonunda yerləşən bu otelin fəaliyyəti yanğın təhlükəsizliyi standartlarına uyğun olmaması səbəbindən dayandırılıb.

Müəllif: Elmir Muradov