Bu ölkə dünyanın ən sürətlə böyüyən turizm istiqamətlərindən birinə çevrildi

14:49 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-sentyabr aylarında Özbəkistana beynəlxalq səfərlər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 73% artıb, bu da ölkəni COVID-19 pandemiyasından sonra turizmin ən sürətlə bərpa olunan regionlarından birinə çevirib.

ABC.AZ xəbər verir ki, ilin ilk doqquz ayında dünyada beynəlxalq səfərlərin həcmi təxminən 5% artıb, yəni Özbəkistanın artımı qlobal trendləri üstələyir.

Turistlərin sayı ötən illə müqayisədə 13% artaraq Avrasiya ölkələri arasında dördüncü yerə yüksəlib. 2025-ci ilin 11 ayı ərzində Özbəkistan 10,7 milyondan çox xarici turist qəbul edib, turizm gəlirləri isə 4,4 milyard dollar təşkil edib. Aprel ayından etibarən isə aylıq beynəlxalq səfərlər ilk dəfə 1 milyonu ötüb.