Kərkicahan qəsəbəsində bu ilin sonunadək 40 ev təmir olunacaq

15:53 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Kərkicahan qəsəbəsində bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Tikinti, Bərpa və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afər Telmanqızı deyib.

O, Kərkicahanda təmir işlərinə bu ilin may ayında başlandığını xatırladıb:

"Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb. Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də həyata keçirilib. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb". ©Report