Azərbaycanda məşğulluğun təmin edilməsi və kənd əhalisinin şəhərlərə axınının qarşısının alınması üzrə yeni, AMAL layihəsi təqdim olunub

17:20 - 30.10.2018


30 oktyabr, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) bu gün təqdimatı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, layihə 3 il müddətinə nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata

“Layihə, reallaşmasına 2 milyon manat ayıran Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilir”, - M.Əliyev belə deyib.

Onun sözlərinə görə, məlumdur ki, ölkə əhalisinin işləyən hissəsinin, xüsusilə gənclərin təxminən 50%-i kənd yerlərində yaşayır. Layihə üç əsas prioritet sahəni - məşğulluğun təmin edilməsi, innovasiyaların yaşıl texnologiyasının tətbiqi  və sahibkarlıq və peşə bacarıqlarının artırılmasını müəyyən edir. Yeni layihənin məqsədi kənd təsərrüfatına marağın artırılması, şəhərə axının qarşısını almaq, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekoloji mühitin qorunmasıdır.

“İl sonunadək 2 milyon manat ayrılması nəzərdə tutulub. Layihə çərçivəsində yaşıl ideyası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması nəzərdə tutulub. Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş 10 pilot rayonu əhatə edəcək”.

“Layihəni həyata keçirmək üçün 10 pilot rayonda seçiləcək 200 nəfərlik pilot qrup yaradılacaq. Birinci mərhələdə gələcək sahibkarlar qrupu üçün biznes ideyasının yaradılması, kənd təsərrüfatı və innovasiyalar, biznes planın hazırlanması, maliyyə modelinin hazırlanması və s. mövzularda  təlimlər keçiriləcəkdir.

M.Aliyev bildirib ki, yalnız təlimlər başa çatdıqdan sonra gənc sahibkarlar,  illik kredit dərəcəsi 5% olmaqla  maksimum 40 min manata qədər məbləğdə güzəştli kreditlərlə təmin olunacaqlar, bunun üçün dövlət xidmətinin  tərəfdaş banklarından biri cəlb olunacaq. Həmçinin gənc sahibkarlara öz məhsullarını satmaq üçün bazarlara çıxışda yardım göstəriləcəkdir.

“İcra müddətində layihələrin monitorinqi keçiriləcək”, - deyə M.Əliyev bildirib.

Bu həftədən etibarən layihənin  www.amal.az saytı  fəaliyyətə başlamışdır,  gələn həftədən isə bu layihənin təşviq olunması  kampaniyası başlayacaq.

 

Bütün xəbərlər