15:33 - 26.12.2025
26 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “AtaSığorta” ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə sığorta şirkətinə icrası məcburi olan göstəriş verib.
ABC.AZ xəbər verir ki, verilmiş göstərişə əsasən, Cəmiyyət tərəfindən yeni öhdəliklərin qəbul edilməsi, öhdəlik yaradan müqavilələrin bağlanması, eləcə də xərc yaradan əməliyyatların aparılması müvəqqəti olaraq dayandırılıb.
Qərar “AtaSığorta” ASC-nin maliyyə dayanıqlığının təmin edilməsi və aktivlərinin qorunması məqsədi daşıyır. Mərkəzi Bank vəziyyətə nəzarəti davam etdirir.
“ATA Sığorta” 2025-ci ilin ilk üç rübündə gəlirləri illik müqayisədə 10% artıraraq 10,1 milyon manata yüksəldib və sığorta şirkəti fəaliyyətini mənfəətlə davam etdirir. Bununla belə, 1 yanvar 2025-ci il tarixinə balansında 8 mln. 176 min manat illərin yığılmış zərəri vardı.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026