Ələtdə Karqo terminalının kabel xətlərinin tikintisinə 8 milyon 521 min manat xərclənəcək

11:24 - 29.12.2025


29 dekabr, Fineko/abc.az. “Azərenerji” ASC Karqo Terminalı Ətrafında Kabel Xətlərinin Tikintisi üçün müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Ələt Azad İqtisadi Zonası ətrafında yol kəsişməsinə düşən hissədə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə əsasən tikilən Karqo terminalı ətrafında kabel xətlərinin tikintisi işləri üzrə müsabiqə elan edib.

Ehtimal olunan qiymət 8 521 621 manat təşkil edir.