“Qala Sığorta” ASC-nin yığımları kəskin azalıb

15:41 - 29.12.2025


29 dekabr, Fineko/abc.az. “Qala Sığorta” ASC-nin 2025-ci ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-noyabr ayında 71.129 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 1.869 mln manat və ya 3% azalma deməkdir.

Ötən ilin eyni dövrünə bu göstərici 72.998 mln. manat təşkil edib.