15:03 - 6.01.2026
6 yanvar, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı məlumatlara əsasən, bayram günlərində (31 dekabr – 4 yanvar) baş vermiş hadisələrlə bağlı 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2156 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 260-ı “Kasko” sığorta növü, 15-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
ABC.AZ "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nə istinadla xəbər verir ki, 1237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib.
Qalan 919 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 2 milyon manatı ötəcəyi ehtimal olunur.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 %-i paytaxt Bakıda, 30 %-i isə respublikamızın şimal dağətəyi ərazilərində qeydə alınıb.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026