Xiaomi yenilənmiş SU7 elektrik sedanını anons etdi: Çində sifarişlər başlayıb

11:27 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. Xiaomi bildirib ki, SU7 elektrik sedanının növbəti nəsli 2026-cı ilin aprelində satışa çıxacaq və yenilənmiş model üzrə ön sifarişlər artıq Çində başlanıb.

ABC.AZ xəbər verir ki, avtomobilin qiymətləri komplektasiyadan asılı olaraq 229 900–309 900 yuan arasında dəyişir.

Şirkətin təsisçisi və baş icraçı direktoru Ley Tszyunun sözlərinə görə, restaylinq 2024-cü ildən etibarən yaxşı satılan ilkin SU7 modelinin uğuru əsasında hazırlanıb.

Yenilənmiş SU7 artırılmış yürüş məsafəsi, təkmilləşdirilmiş təhlükəsizlik sistemləri və genişləndirilmiş sürücüyə yardım texnologiyaları ilə təchiz olunub. Xəbərin fonunda Xiaomi səhmləri 1,3% ucuzlaşıb.