Bu ölkədə pensiyaçılara qarşı diskriminasiya ilə mübarizə planı təsdiqlənib

15:24 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. Rusiyada pensiyaçılarla bağlı mənfi stereotiplərə qarşı mübarizə planı təsdiqlənib.

Hakimiyyət orqanları yaşlı nəslin nümayəndələrinin diskriminasiyasına qarşı yönəlmiş maarifləndirici informasiya kampaniyaları keçirməyi planlaşdırır. Materiallar uşaqlara, gənclərə və orta yaşlı insanlara istiqamətlənəcək.

ABC.AZ xəbər verir ki, eyni zamanda pensiyaçıların ailənin qorunub saxlanılması və möhkəmləndirilməsində, eləcə də gənc nəslin tərbiyəsində rolunun təbliği nəzərdə tutulur.

Planlarda "yaşlı nəsil vətəndaşlarının sosial vəziyyəti"nin artırılması və cəmiyyətdə pensiyaçılara hörmətin yayılması da var.