“MeqaSığorta”da nə baş verir? - Rəhbərlərdən biri vəzifəsindən getdi

15:01 - 8.01.2026


8 yanvar, Fineko/abc.az. “MeqaSığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.

ABC.AZ xəbər verir ki, bu, Samid Mirzəyev Salman oğludur. Onun yerinə hər hansısa təyinat baş tutmayıb.

O, 2021-ci ildən müvafiq vəzifədə çalışırdı.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur. Bunlar Rauf Əliyev (19%), Nəzakət İsmayılova (19%), Zaur Quliyev (19%), Yaşar Qurbanov (14%), Zeynal Əliyev (10%), Faiz Şahəliyev (10%), Yaşar Əliyev (9%) adlı şəxslərdir.