16:12 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. Noyabr ayında dünyada hava ilə yükdaşımaların həcmi illik müqayisədə 5,5% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb. Beynəlxalq daşımalar 6,9% yüksəlib. Ən yüksək artım Afrikada (+15,6%) və Asiya-Sakit okean regionunda (+10,3%) qeydə alınıb. Avropada (+5,8%) və Yaxın Şərqdə (+7,4%) də müsbət dinamika müşahidə olunub. Şimali və Latın Amerikasında isə azalma baş verib.
IATA artımı bayram mövsümü ərəfəsində sürətli çatdırılmaya tələbin yüksəlməsi və IV rübdə qlobal bazarın dayanıqlılığı ilə əlaqələndirir ki, bu da 2026-cı ilin əvvəli üçün müsbət gözləntilər formalaşdırır.
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
5 Fevral 2026
5 Fevral 2026
5 Fevral 2026
5 Fevral 2026