Bakıda müştərini 50 dollara aparan taksilər var - Özəl xəbər

10:34 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Bakıda müştərini aeroportdan şəhər mərkəzinə 50 dollara aparan taksi şirkətləri fəaliyyət göstərir.

ABC.AZ-ın araşdırmasına görə, bu tip taksilər lüks və ya VİP səviyyəli xidmətlər kateqoriyasına daxildir.

Hazırda Azərbaycanda bu işi SIXT Ride (Premium/Chauffeur) şirkəti həyata keçirir. Bakıda fəaliyyət göstərən belə kateqoriyalı taksilərə o qədər də tələbat yoxdur.

Belə ki, insanlar daha çox ucuz daşıyıcılara üstünlük verir.

Amma, buna baxmayaraq mütəmadi olmasa da, müəyyən zamanlarda belə xidmətlərdən istifadə edənlər də olur.

Bu kateqoriyalı xidmətlər də əsasən "Mercedes", "Lexus" markalı brend avtomobillər fəaliyyət göstərir.

Müəllif: Elmir Muradov