Azərbaycanda 246500 manata klassik avtomobil satışa çıxarılıb - Fotolar - Özəl xəbər

11:22 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. –(özəl xəbər)- Azərbaycanda 246500 manata antik avtomobil satışa çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, avtomobil elan saytlarından birində satılır.

1985-ci il buraxılışı olan avtomobil İngiltərədə istehsal edilib. "Jaguar Daimler Double-Six" adlanan maşın cəmisi 130 kilometr sürülüb.

Sürətlər qutusu avtomat olan avtomobildə oturma sayı da 5 nəfərlikdir. Ban növü sedan, mühərrikin gücü isə 283 at gücündədir. Qeyd edək ki, avtomobil dünya şöhrətli "Jaguar" şirkətinin istehsalıdır.

 

Müəllif: Elmir Muradov