BitMEX: ucuz neft və likvidliyin artması bitkoini yüksəldəcək

12:07 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. BitMEX-in həmtəsisçisi Artur Hays ABŞ-da neftin ucuzlaşmasının və dollar likvidliyinin genişlənməsinin bitkoinin bahalaşması üçün şərait yaradacağını bildirib.

ABC.AZ xəbər verir ki, onun fikrincə, ABŞ hakimiyyəti ucuz yanacaqda maraqlıdır, çünki bu, inflyasiyanı “cilovlayır” və siyasi sabitliyi artıraraq pul emissiyasını davam etdirməyə imkan verir.

Hays hesab edir ki, neft ucuz qaldığı, fond bazarı isə artdığı müddətdə likvidliyin axını davam edəcək və bu, təkcə bitkoini deyil, digər kriptoaktivləri də dəstəkləyəcək. Daha əvvəl o, 2026-cı ildə aparıcı kriptovalyutanın qiymətinin 500 min dollara çata biləcəyini proqnozlaşdırmışdı.