15:02 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlayıb.
ABC.AZ agentliyə istinadən xəbər verir ki, məqsəd "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsidir.
Layihə çərçivəsində "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər "Bakı Metropoliteni" QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.
Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.
Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026