Ukrayna iri litium yatağını Trampla dost olan konsorsiuma ötürür — NYT

17:58 - 9.01.2026


9 yanvar, Fineko/abc.az. Ukrayna Kirovqarad vilayətindəki “Dobra” ən iri litium yatağını milyarder Ronald Lauder və ABŞ-ın ilk prezidentliyi dövründə fəaliyyət göstərmiş investisiya agentliyi ilə əlaqəli TechMet şirkətini əhatə edən konsorsiuma təhvil verir.

ABC.AZ xəbər verir ki, razılaşmaya əsasən, ABŞ yeni Ukrayna strateji resursların hasilatı proqramlarında iştirak etmək üçün prioritet hüquqa malik olacaq, litium satışından gələn gəlirin 50%-i isə ümumi Amerika-Ukrayna investisiya fonduna daxil olacaq.

Kütləvi hasilat ən azı 15 ildən sonra başlayacaq, lakin nəzarət və gəlirin bir hissəsi artıq amerikalı investorlar tərəfindən əldə oluna bilər.