Neft bahalaşır, Brent bir barel üçün $63,45 təşkil edir

09:26 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən həftə artdıqdan sonra bazar ertəsi hərracda yüksəlir.

Brent markalı neftin mart fyuçersləri ICE Futures birjasında saat 09:22-ə olan məlumata görə $0,11 (0,17%) artaraq bir barel üçün $63,45-a yüksəlib. 9 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri bir barelə $1,35 (2,18%) artaraq $63,34-a yüksəlib.

Saat 09:22-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,10 (0,17%) artaraq bir barel üçün $59,22-a yüksəlib. 9 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $1,36 (2,35%), bir barel üçün $59,12-a yüksəlib.

Ötən həftə Brent markalı neft 4,26%, WTI isə 3,14% bahalaşıb.