Sumqayıt Kimya Sənayesi Parkınım rezidentinin nizamnamə kapitalı artırılıb

11:34 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.

ABC.AZ xəbər verir ki, kimya məhsulları istehsalçısının kapitalı 9 062 510 manata yüksəlib. Bununla da təkcə son bir ildə 30 faiz artırılmasıdır.

Xatırladaq ki, “Agro-Tech Solutions” MMC 2016-cı ildə təsis edilib. Şirkət yaradılarkən cəmi 20 manat nizamnamə kapitalı vardı.