Universitas International İctimaiyyətlə əlaqələr və İctimai kommunikasiya mütəxəssisləri üçün “Effektiv press-relizlərin yazılması” üzrə seminar keçiriləcək

12:28 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. “Press- reliz” biznesinizin hədəf auditoriyasının mövqeyini formalaşdırmaq və strateji məqsədlərinizin inkişafı üçün güclü vasitədir.

Bu seminar Sizə, benefisiarlarınızın diqqətinin cəlb olunması, onalara zəruri məlumatların ötürülməsi üslublarını və əks-əlaqə əldə olunması üzrə nəzəri və praktiki biliklərə yiyələnməyə kömək edəcək və strategiyanızın ictimai ifadəsinə yönəlmiş səriştələrinizi inkişaf etdirəcək.

Bu seminarda Siz , press-reliz strukturunun tərtibi,tərkib amillərinin təhlili, bölmələri, yayım vasitələri və praktiki çalışmaları barədə ətraflı məlumat alacaqsınız.

Seminar 2 Noyabr, saat 14:00-dan 18:00 -dəkkeçiriləcək. Ünvanİstiqlaliyyət 31 C.

Qeydiyyata tələsin, yerlər məhduddur.

Qeyd etmək istərdik ki, seminar ödənişsizdir və İngilis dilində tədris ediləcək

Qeydiyyat müraciətinizi [email protected] ünvanına göndərməyinizi xahiş edirik.

 

Bütün xəbərlər