Palata Səhiyyə Nazirliyində audit aparıb

12:29 - 12.01.2026


12 yanvar, Fineko/abc.az. Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin İş Planına əsasən Səhiyyə Nazirliyin tabeliyindəki “Səhiyyənin Təminatı Mərkəzi” publik hüquqi şəxsdə də audit aparılıb.