14:23 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. 2025-ci ildə “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə dövriyyəsi 2024-cü illə müqayisədə kəskin şəkildə azalıb.
ABC.AZ xəbər verir ki, investisiya şirkətinin bütün bazarlar üzrə cəmi əməliyyat həcmi 2025-ci ildə 2024-cü illə müqayisədə 91.65% azalaraq 2.55 mlrd. manatdan 213.18 mln. manata düşüb.
AMB qiymətli kağızları üzrə dövriyyə illik müqayisədə 98.72% azalaraq 234.03 mln. manatdan 2.98 mln. manata enib. Dövlət istiqrazları bazarında dövriyyə 96.71% azalaraq 575.34 mln. manatdan 18.93 mln. manata düşüb. Korporativ istiqrazlar üzrə əməliyyat həcmi 92.98% azalma göstərərək 121.18 mln. manatdan 8.51 mln. manata geriləyib.
Səhm bazarında dövriyyə ən kəskin azalan seqmentlərdən biri olub və illik müqayisədə 99.68% azalaraq 20.27 mln. manatdan cəmi 0.06 mln. manata düşüb. Repo əməliyyatları üzrə dövriyyə isə 88.59% azalma ilə 1.60 mlrd. manatdan 182.69 mln. manata enib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026