15:26 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. Azərbaycanda katastrofik risklərin modelləşdirilməsi artıq test rejimində həyata keçirilməyə başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin "Sığortalı Dost" verilişində deyib.
Onun sözlərinə görə, bu mexanizm sığortaçılara sığortalanmış əmlaklar üzrə ölkədə mövcud olan müxtəlif katastrofik risklərin, xüsusilə də zəlzələlərin baş verməsi halında sığortalı obyektlərə dəyə biləcək potensial zərərləri əvvəlcədən qiymətləndirməyə imkan verəcək.
V. Qurbanov bildirib ki, bu imkan dövlət üçün də yaradılıb və test mərhələsindən sonra sistem həm dövlət qurumlarına, həm də sığorta sektoruna təqdim ediləcək.
"Nəticədə hər hansı zərər baş verməmişdən əvvəl dövlət sığortalanmalı olan və ya zəlzələ nəticəsində zərər görməsi ehtimal edilən məbləğləri əvvəlcədən proqnozlaşdıra biləcək. Bu isə risklərin idarə olunması üçün qabaqlayıcı müdafiə mexanizmlərindən istifadəyə şərait yaradacaq. Eyni zamanda sığorta şirkətləri əhali və biznes üçün katastrofik risklərdən irəli gələn mümkün maliyyə yüklərini üzərinə götürə biləcək, sığortalılar isə bu riskləri sığortaçılara ötürmək imkanı qazanacaqlar", - AMB-nin baş direktoru qeyd edib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026