15:32 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. ABŞ-ın aparıcı banklarının səhmləri Donald Trampın kredit kartları üzrə faiz dərəcələrinin bir il müddətinə 10% səviyyəsində məhdudlaşdırılması çağırışından sonra kəskin şəkildə ucuzlaşıb.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, bu çağırışa əməl edilməməsi qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Bu bəyanatlardan sonra Capital One-un səhmləri 10%, American Express-in səhmləri 4,9%, Citigroup-un səhmləri 4,3%, JPMorgan-ın səhmləri 3%, Wells Fargo-nun səhmləri 2,4%, Goldman Sachs-ın səhmləri isə 1% ucuzlaşıb.
Bundan əlavə, ABŞ-da kredit biznesini fəal şəkildə inkişaf etdirən Böyük Britaniyanın Barclays bankının səhmləri 4,8% dəyər itirib ki, bu da son üç ayın ən böyük gün¬daxili enişi olub.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026