16:40 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,5 milyon ABŞ dolları dəyərində 8 min 181 ton toxumluq kartof idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 3 min 820 ton (+5 dəfə), Gürcüstandan 752 min ABŞ dolları dəyərində (+44 dəfə) 2 min 221 ton (+44 dəfə), Almaniyadan 663 min ABŞ dolları dəyərində (+5 %) 541 ton (-0,1 %), Niderlanddan 567 min ABŞ dolları dəyərində (+21 %) 523 ton (+33 %), Ukraynadan 549 min ABŞ dolları dəyərində (+10 dəfə) 865 ton (+5 dəfə) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fransadan tədarük (45,4 min ABŞ dolları dəyərində 40 ton) həyata keçirilib.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026