17:14 - 12.01.2026
12 yanvar, Fineko/abc.az. Rusiyada Mərkəzi Bankın blokçeyn platformasında fəaliyyət göstərəcək milli valyutanın yeni forması olan rəqəmsal rubl rəsmi olaraq istifadəyə verilib.
ABC.AZ xəbər verir ki, rəqəmsal rubl nağd və köçürmə rublları ilə yanaşı valyutanın üçüncü forması olacaq və internet bağlantısı olmadan da ödənişlərin həyata keçirilməsinə imkan verəcək.
2026-cı ilin fevralından rəqəmsal rubl federal büdcədən ödənişlərdə — pensiyalar, təqaüdlər, sosial müavinətlər və büdcə işçilərinin maaşlarında istifadə olunacaq. 2026-cı ilin sentyabrından isə geniş istifadə mərhələsi başlayacaq: banklar vətəndaşlara rəqəmsal rubl ilə ödəniş imkanları təqdim edəcək, aylıq gəliri 120 milyon rubldan çox olan şirkətlər isə rəqəmsal valyutanı qəbul etməli olacaq. Banklar və biznesin tam inteqrasiyası 2028-ci ilin sentyabrına planlaşdırılır.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026