Azərbaycanda 5,3 milyon nəfər uçota alınmış sığortaolunan var

12:03 - 13.01.2026


13 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfərdən çox və ya 3,19 % artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.