“Radiozavod” yarımstansiyası 29 milyon manata yenidən qurulur

12:15 - 13.01.2026


13 yanvar, Fineko/abc.az. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində mühüm enerji infrastruktur layihəsinin icrası ilə bağlı müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, müsabiqə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq “Radiozavod” yarımstansiyasının 110/35/10 kV-luq, 2×40 MVA gücündə, GİS tipli tam qapalı yarımstansiya kimi yenidən qurulmasını əhatə edir. Layihə üzrə ehtimal olunan qiymət 28 905 739 manat təşkil edir.