14:10 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. -( özəl xəbər)- Uzun müddətdir ki, müzakirəsi aparılan, lakin hər dəfə təxirə salınan halal bankçılıq məhsulları ilə bağlı yenilik var. Belə ki, gələn aydan etibarən ölkəmizdə halal bankçılıq məhsullarının təqdim olunması planlaşdırılır. Bəs görəsən bu maliyyə alətlərindən hansı sahələrdə fəaliyyət göstərən sahibkarlar daha çox faydalana biləcəklər?
Bununla bağlı sualı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevə ünvanladıq.
O ABC.AZ-a açıqlamasında bildirdi ki, fevralın 1-dən Azərbaycanda sırf daxili maliyyə hesabına fəaliyyət göstərəcək İslam bankçılığı məhsulu Murabaha olacaq.
Murabaha məhsulu ilə istehsalla məşğul olacaq sahələri sadalayan ekspert onların İslamın haram buyurduğu məhsulların istehsalında iştirak etməyəcəklərini bildirdi: "Murabaha məhsullarını tikinti, kənd təsərrüfatı, qida, təmizlik sektoru ilə məşğul olan sahibkarlar əldə edə bilər. Amma, sözügedən təşkilatlar, müəssisələr sırf İslamın haram buyurduğu məhsulların istehsalında iştirak eləmirlər. Burada söhbət haram buyurulan məhsullardan və onların istehsalından gedir. Bunlar isə bəllidir ki, donuz ətidi və ya istehsalında donuz ətindən, dərisindən, tükündən istifadə olunan məhsullar, o cümlədən kosmetik məhsullardır. Həmçinin, ölmüş heyvandan, onun qanından və ya hər hansı İslam dinində haram buyurulmuş məhsulların istehsalda istifadəsi həyata keçirilən müəssiələr Murabahadan yararlana bilməz. Halal bankçılıq məhsulundan istifadəsi qadağan olan təkcə yuxarıda qeyd etdiyim istehsalla məşğul olan sahiblarlar deyil. O cümlədən içki malları, spirtdən hazırlanmış məhsullar, restorançılıq, hər hansı əyləncə və ya halal qaydada istirahəti olmayan, masaj, hovuzçuluq fəaliyyəti, hansı ki, orada qadın və kişi birlikdə istifadə edirlər. Bu fəaliyyətlə məşğul olan sahibkarlar Murabahadan istifadə edə bilmir. Silah, tütün istehsalı, tütündən alınan məhsullar siqaret, qəlyanlar, elektron qəlyanların tədarükü və istehsalı ilə məşğul olan sahibkarlar Murabahadan yararlana bilməz. Yəni, İslam dini nəyi haram buyurubsa, o məhsullar və ya o məhsulları istehsal edən müəssisələr bu imkandan istifadə edə bilməz. Qalan bütün sektorlarda, hansı ki, onlara xammal, avadanlıq lazımdır istifadə edə bilərlər".
Müəllif: Elmir Muradov
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026