14:34 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- Dünyada, əsasən də Venesuela və İranda baş verən proseslər neftin qiymətinə təsirsiz ötüşməyib. Düzdür, təsir cüzi olsa da, proses hələ davam edir.
Qiymət, hazırda gedən proseslərin neftin bahalaşmasına təsiri ilə bağlı neft məsələləri üzrə ekspert İlham Şabanla əlaqə saxladıq.
O hazırda dünya neft bazarında gedən proseslərlə bağlı ABC.AZ-a açıqlamasında bildirdi ki, Venesueladakı hadisələrin neftin ucuzlaşmasına cəmisi 1 gün təsiri olub.
Sözügedən ucuzlaşmanın çox qısa çəkdiyini deyən ekspert hazırda neftin qiymətinin üzü aşağı yox, əksi istiqamətdə hərəkət etdiyini bildirdi:
"Qısa müddətdə neftin bir neçə partiyası 60 dollardan aşağı satılmağa başlamışdı.
Ancaq, indi 64 dollardır. Bu günlərdə nə dəyişdi ki, neftin qiyməti üzü aşağı yox, üzü yuxarı getdi?
Birincisi, bazar iştirakçıları gördülər ki, reallıqda Venesuela neftinin həcmini qısa zamanda artırmaq mümkün olmayacaq. Əvvəlcə, Ristatenergy, ondan sonra ABŞ Enerji Administrasiyası xəbər yaydılar ki, təqribən 300 min barel hasilatı artırmaq üçün ən azından 1 il vaxt lazımdır. İkinci bir tərəfdən neftin həcmlərini 2 dəfə artırmaq üçün isə illər lazımdır. Ümumilikdə, Venesuelada 900 min barel gündəlik neft hasil edilirdi.
Bu isə hazırda dünyada hasil edilən neftin 0,18 %-ni təşkil edir. Venesuela neftinin dünya bazarına təsiri yox idi.
Çünki, onlar gündəlok 670-680 min barel neft ixrac edirdi, yəni Azərbaycan qədər. Azərbaycan neftinin dünya bazarına təsiri nə qədərdisə, Venesuela neftinin də o qədərdir. Ancaq, bir məsələ var ki, Azərbaycan nefti daha böyük ixrac coğrafiyasına malikdir və 80%-i Avropa bazarına satılır. Venesuela neftinin 80%-i isə Çin tərəfindən idxal olunurdu. Çünki, Çin ora yatırım etmişdi. 10 faizi Kubaya, yerdə qalanını isə təqribən 7-8 ölkə alırdı. Bu baxımdan da Venesueladakı hadisələrin ayıq başla təhlili, daha sonra isə İranda vəziyyətin kəskinləşməsi, İranın bazara təsirləri qat-qat böyükdür. İndi neftin qiyməti üzü aşağı deyil, yuxarı hərəkətdədir. Təbii ki, bu da dünyadakı gedən vəziyyətdən də asılıdır".
Müəllif: Elmir Muradov
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
6 Fevral 2026
4 Fevral 2026
4 Fevral 2026