330x110
 

Azercell ARPA-nın Korporativ üzvləri sırasına qoşuldu

01.11.2018,15:09


1 noyabr, Fineko/abc.az. Azərbaycanda maliyyə, risk və ümumi idarəetmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyasının (ARPA) korporativ üzvlərinin sayı  artmaqdadır. Ölkənin bir çox nüfuzlu şirkətlərinin əməkdaşları üçün vacib platforma olan ARPA-nın korporativ üzvləri sırasına yenisi əlava olunmuşdur. Belə ki, Azərbaycanın ilk GSM operatoru olan və 4.5 milyondan çox abunəçi sayı ilə telekommunikasiya sektorunda lider mövqeyinə yüksələn mobil operatoru Azercell ARPA-nın korporativ üzvlüyünə daxil olmuşdur. Nəticədə, ARPA və Azercell Şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Qeyd etmək lazımdır ki, ARPA-nın korporativ üzvlüyünün verdiyi üstünlük və imkanlar Azercell Şirkətinin insan kapitalının davamlı inkişafına yönələn korporativ strategiyasının tələb etdiyi prinsiplərlə üst-üstə düşür. ARPA korporativ üzvlərinin mənafelərinə xidmət etməklə, maliyyə  və risklərin idarə edilməsi sahəsindəki təcrübəsini üzvləri ilə bölüşür və bu əməkdaşlıq son nəticədə cəmiyyətin inkişafına və rifahına nail olmaq məqsədi daşıyır.

Peşəkar inkişafın dəstəklənməsi məqsədilə ARPA fəaliyyətini daha da genişləndirməyə və fəaliyyət göstərdiyi sferada innovativ layihələrin həyata keçirilməsinə davam edir.

Açar sözlər: Azercell ARPA