16:21 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. Yaponiyanın əsas fond indeksləri çərşənbə axşamı rekord səviyyələrdə bağlanıb: Nikkei 225 indeksi ilk dəfə 53 000 bənd həddini keçərək 3,1% artımla 53 549,16 bəndə yüksəlib, Topix isə 2,41% artaraq 3 598,89 bənd olub. Bazarlardakı yüksəliş parlamentin mümkün buraxılması və növbədənkənar ümumi seçkilərin keçiriləcəyi ilə bağlı şayiələrlə əlaqələndirilir.
Ən aktiv ticarət olunan səhmlər arasında NTT Inc, SoftBank Corp və Mitsubishi UFJ Financial Group-un qiymətli kağızları liderlik edib. Ümumi ticarət həcmi aylıq orta göstəriciləri xeyli üstələyib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026