Mərkəzi Bank əməkdaşlarını hansı şirkətə sığortaladacaq? - Tender

17:31 - 13.01.2026


13 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının icbari tibbi müayinədən keçirilməsi xidmətinin satın alınması üzrə tender elan edib.

ABC.AZ xəbər verir ki, prosedurda iştirak haqqı 32.87244 AZN-dir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 5 fevral 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 5 fevral 2026-cı il saat 17:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 493 50 58

Əlaqədar şəxs: Abdulla Böyükkişiyev

Email: [email protected]

Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90