09:44 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.
"ICE Futures" birjasında mart ayı üçün "Brent" markalı neftin fyuçersinin dəyəri saat 09:41-də $0,19 (0,29%) azalaraq bir barel üçün $65,28 təşkil edib. 13 yanvar tarixində keçirilən hərracların nəticələrinə görə, "Brent" neftinin mart fyuçersləri $1,60 (2,51%) bahalaşaraq bir barel üçün $65,47 olmuşdu.
NYMEX əmtəə birjasında saat 09:41-ə olan məlumata görə, WTI markalı neftin fyuçersinin qiyməti $0,22 (0,36%) azalaraq bir barel üçün $60,93 təşkil edib. 13 yanvar hərraclarının nəticələrinə əsasən, fevral ayı üçün WTI fyuçersinin qiyməti $1,65 (2,77%) artaraq $61,15 olmuşdu.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026