Bu şirkət yenidən təşkil olunur - Səmhdarların görüşü olacaq

10:33 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. 27 fevral 2026-cı il saat 15:30-da “Xətai Tikinti Mexanizasiya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küçəsi 3 nömrəli ünvanda keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdar cəmiyyətin 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının hesabatı

2. Təşkilati məsələlər:

– İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.

– Müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.

3. Səhmdar cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi

4. Nizamnaməyə dəyişikliklərin edilməsi.

Səhmdarlar sənədlərlə hər həftənin 2-ci və 5-ci günləri saat 14:00-dan 16:00-a qədər ASC-nin inzibati binasında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi 4 nömrəli ünvanda tanış ola bilərlər.