11:13 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. Beynəlxalq konsaltinq şirkəti “Henley & Partners” vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayına görə dövlətlərin sıralandığı dünyanın pasportları üzrə yeni indeksini dərc edib.
ABC.AZ xəbər verir ki, birinci yeri ötən ilin lideri olan Sinqapur qoruyub saxlayıb. Bu ölkənin pasportu sahiblərinə 192 ölkəyə vizasız səfər etməyə imkan verir. İkinci yeri Yaponiya və Koreya bölüşüb.
Üçüncü yerdə isə Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə qərarlaşıb.
113 ölkəyə vizasız səfər etmək imkanı verən Rusiya pasportu Türkiyə pasportu ilə birlikdə 46-cı yeri tutub. Ötən il dünyanın ilk onluğundan kənarda qalan ABŞ pasportu isə bu il yenidən ilk onluğa qayıdıb. Qeyd edək ki, Azərbaycan pasportu siyahıda 67-ci yerdədir və 70 ölkəyə vizasız gediş-gəliş imkanı verir.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026