14:22 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. PDVSA ABŞ-ın embarqosu səbəbindən tətbiq etdiyi hasilat azaldılmasını ləğv etməyə başlayıb.
ABC.AZ xəbər verir ki, dekabrda ABŞ tərəfindən neft tədarükünə qoyulan blokadadan sonra Venesuela ixracı demək olar ki, dayandırılmışdı. Yalnız Chevron PDVSA ilə birgə müəssisələrindən ABŞ lisenziyası əsasında neft ixracını davam etdirirdi.
Hazırda PDVSA birgə müəssisələrə dayandırılmış quyuların hasilatını bərpa etməyi tapşırıb. Dünən üçüncü neft tankerinin ölkə sahillərindən yola çıxdığı bildirilib.
İki supertanker, hər biri təxminən 1,8 mln barel neft daşıyır, 12 yanvar axşamı Venesuela ərazi sularını tərk edib. Reuters hesab edir ki, bunlar Karakas ilə Vaşinqton arasında ixracı bərpa etmək məqsədilə 50 mln barel həcmində razılaşmanın ilk tədarükləri ola bilər.
Lakin tərəflər hələ ixracın bərpası və PDVSA ilə ABŞ arasındakı razılaşma barədə rəsmi açıqlama verməyib.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026