14:38 - 14.01.2026
14 yanvar, Fineko/abc.az. İran hakimiyyəti qlobal internetin söndürülməsi ilə qapalı milli şəbəkənin yaradılması istiqamətində tədbirlər görür.
ABC.AZ xəbər verir ki, bu barədə The Guardian nəşri iranlı rəqəmsal hüquqlar üzrə ekspert Amir Raşidiyə istinadən məlumat yayıb.
Milli internet seqmentinin yaradılması üçün ilk addım ölkədə icazəli olacaq saytların “ağ siyahı”sının tərtib edilməsidir. Raşidinin sözlərinə görə, bu siyahıya xəritə və naviqasiya xidmətləri, daxili axtarış sistemləri, mesajlaşma üçün messencerlər və yalnız dövlət tərəfindən təsdiqlənmiş materialların yayımlandığı daxili striminq xidməti daxildir.
Ekspertin bildirdiyinə görə, daxili internetin “skelet versiyası” artıq fəaliyyət göstərir, demək olar ki, xarici dünya ilə əlaqəsi yoxdur və hökumət tərəfindən idarə olunur. Raşidi qeyd edib ki, bu sistemin məhdudiyyətləri Çindəkindən xeyli daha sərtdir.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026