Tacikistan 500 МВт gücündə ilk iri günəş enerji layihəsini işə salır

17:07 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Tacikistanda 500 MВт gücündə ilk iri günəş enerji layihəsinin icrasına başlanıb.

ABC.AZ xəbər verir ki, investisiya sazişi hökumət və “Ayon Enerji” şirkəti arasında imzalanıb. Şirkət layihənin tam dövrünü (layihələndirmədən tutmuş istismara qədər) həyata keçirəcək.

Lokasiyaların seçimi yüksək günəş radiasiyası, boş torpaq sahələrinin mövcudluğu və enerji şəbəkəsinə çıxışla izah olunur. Layihə ölkənin enerji balansını diversifikasiya etməyə, su elektrik stansiyalarından asılılığı azaltmağa, payız-qış dövründə enerji çatışmazlığını aradan qaldırmağa və CO₂ emissiyalarını ildə yüz minlərlə ton azaltmağa imkan verəcək.

Tikinti işləri iş yerləri yaradacaq, istismar isə ixtisaslı kadrlar təmin edəcək. Layihə 2026-cı ilin sonuna qədər başa çatacaq və xarici investorlar üçün ölkədə bərpa olunan enerji bazarının inkişafı üçün bir siqnal olacaq.