Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi açıqlanıb

17:33 - 14.01.2026


14 yanvar, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 928 borcalana 3,767 milyard manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 684,2 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 9 080 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.