Ağdam şəhərində enerji təsərrüfatı işləri 9 milyon 321 min manata icra olunacaq

11:11 - 15.01.2026


15 yanvar, Fineko/abc.az. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Ağdam rayonunun Ağdam şəhəri, F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı və mühəndis-kommunikasiya sistemlərinin qurulması ilə bağlı layihə icra olunacaq.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində sahədaxili mühəndis-kommunikasiya sistemləri – su və kanalizasiya xətləri, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilərin salınması, həmçinin yaşıllaşdırma və abadlıq işləri görüləcək.

Bu işlərin icrası “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Layihənin ümumi dəyəri 9 milyon 321 min manat təşkil edir.