11:35 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. 2025-ci ildə almaz bazarında qiymətlər arasında kəskin fərqlənmə müşahidə olunub: xırda brilyantlar xeyli ucuzlaşıb, iri daşlar isə stabilliyini qoruyub.
ABC.AZ xəbər verir ki, RAPI indeksinə əsasən, 0,3 və 0,5 karatlıq daşların qiymətləri 20–26%-dən çox, 1 karatlıq daşların qiyməti isə təxminən 10% azalıb. 3 karatlıq daşlarda isə eniş cəmi 0,3% təşkil edib. Dekabr ayında xırda daşların qiymət enişi daha da sürətlənib, iri daşlar isə bir qədər bahalaşıb.
Qeyd edilir ki, tələbat 1,2 karat və daha iri daşlara, xüsusilə uzadılmış fantaziya formalı brilyantlara doğru yönəlir. Bazar 2026-cı ilə ticarət riskləri, sintetik brilyantların təzyiqi, sanksiyalar, eləcə də Çin və Hindistanda tələbatın zəifləməsi fonunda ehtiyatlılıq şəraitində daxil olur.
18 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026