Naxçıvanda əsas kapitala vəsait qoyuluşu artıb

12:29 - 15.01.2026


15 yanvar, Fineko/abc.az. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib.

ABC.AZ Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 45,2% çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 286,3 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da 2024-cü illə müqayisədə 23,8% çoxdur.