ABŞ Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırıb?

14:30 - 15.01.2026


15 yanvar, Fineko/abc.az. Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, – açıqlamada deyilir.