15:03 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ili 9,975 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 19,4 % azdır.
Ötən il "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri 81,705 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), xərcləri 60,265 milyon manat (15,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 9,704 milyon manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,762 milyon manat (54,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 792,728 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur. Bunun 435,768 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 50,4 % böyüyüb.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 7,9 % artaraq 669,155 milyon manat, o cümlədən depozit portfeli 1,3 % azalaraq 527,743 milyon manat, balans kapitalı isə 12,4 % artaraq 123,573 milyon manat olub.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026