15:48 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. "Bank Avrasiya" ASC 2025-ci ili 5,081 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 29,3 % çoxdur.
Ötən il "Bank Avrasiya"nın əməliyyat gəlirləri 19,604 milyon manat (əvvəlki ilə nisbətən 10,6 % çox), əməliyyat xərcləri 12,96 milyon manat (16,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 771 min manat (38,5 % az), gözlənilməz gəlirləri isə 608 min manat (15,2 dəfə çox), mənfəət vergisi ödəmələri 1,4 milyon manat (6,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bank Avrasiya"nın aktivləri 214,51 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,7 % çoxdur. Bunun 123,421 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,3 % böyüyüb.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 7 % artaraq 124,525 milyon manata, o cümlədən depozit portfeli 13,4 % artaraq 71,481 milyon manata, balans kapitalı isə 6,3 % artaraq 89,985 milyon manata çatıb.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026