10:47 - 16.01.2026
16 yanvar, Fineko/abc.az. Qazaxıstan 2025-ci ilin dekabrında tədarük məhdudiyyətləri səbəbindən Xəzər Boru Kəməri Konsorsiumu sistemindən təxminən 300 min ton nefti alternativ ixrac marşrutlarına yönəldib.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın "KazMunayQaz" (KMG) şirkəti məlumat yayıb.
"Bu neft həcmləri Almaniya, Çin marşrutlarına, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətinə göndərilib, həmçinin Novorossiysk və Ust-Luqa limanları vasitəsilə ixrac olunub", - şirkətin məlumatında qeyd edilib.
Bildirilib ki, şirkət bu ilin yanvarında neftin qəbulu üzrə mövcud məhdudiyyətləri nəzərə alaraq tədarükün yenidən istiqamətləndirilməsi tədbirlərini davam etdirəcək.
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026
16 Fevral 2026